UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma baş tutub.​"Report" xəbər verir ki, ​Parisdə yerli PSJ İngiltərənin "Liverpul" klubunu qəbul edib.Digər matçda isə İspaniya təmsilçiləri "Barselona" və Madrid "Atletiko"su üz-üzə gəlib.UEFA Çempionlar Liqası1/4 final, ilk oyunlarPSJ (Fransa) - "Liverpul" (İngiltərə) 2:0"Barselona" (İspaniya) - "Atletiko" (İspaniya) 0:2​Qeyd edək ki, 1/4 finalın cavab qarşılaşmaları aprelin 14-15-də keçiriləcək. Daha əvvəl "Bavariya" (Almaniya) Madriddə "Real"a 2:1, "Arsenal" (İngiltərə) isə Lissabonda "Sportinq"ə 1:0 hesabı ilə qalib gəlib.